Mayın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 27 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 2, üç və daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 721 min 284, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 347 min 501, ikinci mərhələ üzrə 4 milyon 848 min 699, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 279 min 440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 245 min 644-dür.