Report Media Məktəbinin bir qrup əməkdaşı və dinləyicisi Teleradio Akademiyasında

Report Media Məktəbinin bir qrup əməkdaşı və dinləyicisi Teleradio Akademiyasında

3 İyun, 16:47 Sosial mediada paylaşın:

Report Media Məktəbinin bir qrup əməkdaşı və dinləyicisi Teleradio Akademiyasının fəaliyyəti ilə tanış olub.

4 saatlıq görüş zamanı qonaqlara Akademiyanın yaranma zərurətindən, müasir televiziya və radio jurnalistikası vərdişləri ilə bağlı tədris metodlarından, operator, işıqçı, montajçı kimi vacib ixtisasların təkmilləşdirilməsi üçün xüsusi təlimlərin keçirildiyindən ətraflı söhbət açılıb.

Uzun illər televiziya və radionun müxtəlif sahələrində çalışan və zəngin peşə vərdişlərinə malik olan müəllimlərin tədris prosesində gənclərə əhəmiyyətli dərəcədə dəstək olduqları bildirilib. Qonaqlara məlumat verilib ki, 3 aylıq tədris prosesindən sonra müdavimlər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə yanaşı, digər telekanallarda da təcrübə keçmək imkanı qazanırlar. Qonaqların nəzərinə çatdırılıb ki Akademiyanı bitirənlərə tezlikə serfikat təqdim olunacaq.

Görüşdə gənc jurnalistləri maraqlandıran xeyli sayda suallara da ətraflı cavab verilib.

CANLI YAYIM