“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbərliyi və kollektivi şəhid jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsini yad ediblər.

QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin önünə gül dəstələri düzülüb, şəhadətlərinin ildönümündə jurnalistlərin xatirəsi ehtiramla yad edilib.

Daha sonra həmkarları Sirac Abışovun məzarını ziyarət ediblər.

Qəhrəman operatorun məzarının üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.