“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib.
Şuranın üzvləri son dövrlər Azərbaycan Televiziyasındakı yeniliklərlə bağlı fikirlərini bölüşüblər. İclasda 2021-ci ilin sentyabrından 2022-ci ilin iyun ayına qədər olan dövrün hesabatı aparılıb.
QSC sədri Rövşən Məmmədov yüksək reytinqli filmlərin və verilişlərin siyahısını da açıqlayıb.
İclasda iştirak edən Bədii Şura üzvləri öz təkliflərini səsləndiriblər.