Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinə müavinlər təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Müvafiq sərəncama əsasən, Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib.