Maks Ferstappen Azərbaycan qran-prisinin qalibi olub

Maks Ferstappen Azərbaycan qran-prisinin qalibi olub

12 İyun, 17:00 Sosial mediada paylaşın:

"Formula 1"də mövsümün 8-ci yarışı olan Azərbaycan qran-prisinə yekun vurulub.

"Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq Azərbaycan qran-prisinin qalibi olub. Bu, son dünya çempionunun Bakıda ilk qələbəsidir. Serxio Peres ("Red Bull") yalnız komanda yoldaşından geri qalıb. Corc Rassell ("Mersedes") isə üçüncü olub.

Şarl Lekler, Karlos Sayns (hər ikisi "Ferrari"), Çjou Quanyuy ("Alfa Romeo"), Kevin Maqnussen ("Haas") və Lans Stroll ("Aston Martin") Azərbaycan qran-prisini yarımçıq dayandırıblar.

8 yarışdan sonra aktivində 150 xal olan Maks Ferstappen pilotların sıralamasına başçılıq edir. Serxio Peres (129 xal) Şarl Lekleri (116 xal) qabaqlayaraq ikinci sıraya yüksəlib. Konstruktorların çempionatında isə 235 xala sahib "Red Bull" liderdir.

CANLI YAYIM