Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

30 İyun, 17:15 Sosial mediada paylaşın:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 368 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 57, bu günə qədər isə ümumilikdə 6 milyon 964 min 85 test icra olunub.

CANLI YAYIM