Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

4 İyul, 16:49 Sosial mediada paylaşın:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 453 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 218 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1574, bu günə qədər isə ümumilikdə 6 milyon 972 min 527 test icra olunub.

CANLI YAYIM