Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb

7 İyul, 16:47 Sosial mediada paylaşın:

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 min 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 550 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib. Aktiv xəstə sayı 277 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 348, bu günə qədər isə ümumilikdə 6 milyon 980 min 33 test icra olunub.

CANLI YAYIM