İyulun 7-də Azərbaycanda COVID-19 əleyhinə 1600 doza vaksin vurulub

İyulun 7-də Azərbaycanda COVID-19 əleyhinə 1600 doza vaksin vurulub

7 İyul, 17:05 Sosial mediada paylaşın:

İyulun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1600 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 437, ikinci doza vaksinlərin sayı 158, üç və daha çox doza vaksinlərin sayı 854, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 151-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 778 min 501, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 358 min 703, ikinci mərhələ üzrə 4 milyon 855 min 17, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 314 min 598, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 183-dür.

CANLI YAYIM