Sabahdan Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 günlük bayram tətili başlayır.
İyulun 9-u və 10-u Qurban bayramı qeyd ediləcək. Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. 4 gün ardıcıl qeyri-iş günüdür. İş günü iyulun 13-də başlayacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilir ki, bayram günlərində yol polisi gücləndirilmiş qaydada xidmət göstərəcək. Vətəndaşlar yol hərəkəti qaydalarını unutmamağa, digərlərinin rahat və fasiləsiz hərəkətlərinə maneə yaratmamağa, uzaq məsafələrə səfərlər zamanı yuxu və istirahət rejiminə əməl etməyə çağırılır.