Pakistanda aramsız leysan daşqına səbəb olub.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində azı 65 nəfər həlak olub. Sind əyalətinin Tatta şəhərində kömür mədəni də sel suları ilə dolub. Nəticədə 10 mədən işçisi boğularaq həyatını itirib.
Bundan başqa, daşqın 7 bəndi uçurub, onlarla kənd sel suları altında qalıb. Əfqanıstan-Pakistan sərhədindəki kəndləri də su basıb. Bəlucistan və Pəncab əyalətini birləşdirən magistral yol bağlanıb.
Qeyd edək ki, iyulun 5-dən ölkə ərazisində yağan güclü yağışlar nəticəsində bir neçə ərazidə torpaq sürüşməsi qeydə alınıb. Bəzi bölgələrdə elektrik enerjisinin verilişi kəsilib.