“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 70 nəfər Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşına və şəhid olmuş əməkdaşlarının ailələrinə Qurban bayramı sovqatı verilib.
Sovqat Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və QSC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim olunub.
Onlara Vətənin müdafiəsində dayandıqları üçün təşəkkür edilib, şəhid ailələrinə dövlətin hər zaman diqqət göstərdiyi, bundan sonra da diqqət mərkəzində saxlanılacaqları qeyd edilib.