Bu gündən Bakıdan Naxçıvana avtobus reysi bərpa olunur.

Avtobus hər gün axşam saat 9-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı oturacaq verilməmək şərti ilə pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.