Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından bir ədəd tank əleyhinə mina tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mina qurumun Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.