Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 306 yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 796 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 min 166 nəfər müalicə olunaraq sağalıb, 9 min 739 nəfər vəfat edib. Aktiv xəstə sayı 1977 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 739, bu günə qədər isə ümumilikdə 7 milyon 29 min 737 test icra olunub.