İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.