Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Geologiya və Geofizika İnstitutundan verilən məlumata görə, bu, güclü püskürmədir. Hadisə avqustun 11-də yerli vaxtla saat 09:36-da qeydə alınıb. Püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə olub.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.