Xocavənddə Ermənistan ordusuna məxsus helikopterin qalıqları aşkarlanıb

Xocavənddə Ermənistan ordusuna məxsus helikopterin qalıqları aşkarlanıb

11 Avqust, 18:41 Sosial mediada paylaşın:

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

CANLI YAYIM