Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, F.Ağamalı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin deputatıdır.