Yeni mövsümə yeni studiyalarla

Yeni mövsümə yeni studiyalarla

3 Sentyabr, 13:23 Sosial mediada paylaşın:

Hər gün yenilənən Azərbaycan Televiziyasında yeni mövsümə hazırlıq işləri davam edir. Yeni mövsümdə AzTV yeni verilişlərlə bərabər zövq oxşayan, yenilənmiş studiyalarla da tamaşaçılarını sevindirəcək.

Bir müddət əvvəl tərtibat işlərinə başlayan televiziyanın "AzTV Xəbər", "Əsas məsələ", "Çıxışa doğru" və "Telesəhər" verilişlərinin studiyaları tamamilə yenilənib. Artıq studiyalar tamaşaçılarını ekran başına toplamağa tam hazırdır. Studiyalarda efir qaydaları nəzərə alınmaqla quraşdırılan rəngarəng kompozisiyalar, işıq sistemləri, qrafik işlər və səs effektləri tamaşaçılar üçün çox maraqlı olacaq.

Eyni zamanda televiziyada yenilənməyə ehtiyacı olmayan bəzi studyaların adları da dəyişdirilib - "Vətən", "Şuşa" və "Mübariz" adları ilə əvəz olunub. Bu, həm də xalqımızın Vətənə, torpağa və bu torpaqda doğulan qəhrəman övladlarına olan sevgisinin tərənnümüdür.

CANLI YAYIM