MDB ölkələrinin teleşirkət rəhbərlərinin ənənəvi illik görüşü onlayn formatda keçirilib.
4 saata yaxın davam edən videokonfransda ölkəmizi Azərbaycan Televiziyasının Analitik qrupunun rəhbəri Faiq Hüsiyev təmsil edib. O, Azərbaycan Televiziyası və Radiosunda, eləcə də “Mədəniyyət” və “İdman” telekanallarında aparılan yeniliklər barədə məlumat verib. Həmçinin, maddi-texniki bazanın yeniləndiyi, rəqəmsal yayıma keçidin özəllikləri və bu dəyişikliklərin verilişlərin keyfiyyətinə əsaslı təsiri də diqqətə çatdırılıb.
Videokonfransda Ermənistanın “İctimai” kanalının rəhbəri Ara Şirinyanın Qarabağın xristian abidələri ilə bağlı təxribat xarakterli çıxış cəhdi baş tutmayıb. Belə ki, moderator müzakirələrin ruhuna uyğun olmadığı üçün onun nitqini yarımçıq saxlayıb.
Görüşdə “MDB Mədəniyyət paytaxtı” statusunun Qırğızıstanın Karakol şəhərindən növbəti il üçün Moldovanın Kamrat şəhərinə ötürüldüyü də diqqətə çatdırılıb.