Qarabağa səfər edən ərəb jurnalistlər öz ölkələrinin mediasında Ermənistanın son təxribatlarından bəhs edən məqalələrlə çıxış ediblər.

Yazılarda sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdikləri təxribatlar və Ordumuzun qarşı tərəfin hücumlarına qətiyyətli cavab verərək düşməni susdurmasından bəhs olunur.

Məqalələrdə, həmçinin Cəbrayıl rayonunda aparılan minatəmizləmə əməliyyatları, İkinci Qarabağ müharibəsi zamanı Gəncənin dağılmış binaları və mülki şəxslərin həlak olması, Şuşa və Ağdamda ermənilərin məhv etdiyi məscidlərin bərpası, işğaldan azad olunmuş ərazilərimizdə davam edən irimiqyaslı quruculuq işləri və böyük infrastruktur obyektlərinin istifadəyə verilməsindən bəhs olunub.