Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 214 nəfər COVID-19-a yoluxub

17 Sentyabr, 17:04 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 698 nəfər müalicə olunaraq sağalıb, 9 884 nəfər vəfat edib, aktiv xəstə sayı 1 756 nəfərdir.

Ölkədə son sutka ərzində 3 311, hazırkı dövrədək isə 7 213 045 test aparılıb.

CANLI YAYIM