“Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarıclar göndərilib” - Leyla Abdullayeva

“Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarıclar göndərilib” - Leyla Abdullayeva

19 Sentyabr, 14:44 Sosial mediada paylaşın:

“Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə müvafiq ismarıclar göndərilib”.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L.Abdullayeva bildirib: “Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. Bununla daha əvvəl də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq”.

XİN rəsmisi əlavə edib ki, bununla bağlı Azərbaycan XİN tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarıclar göndərilib.

“Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq”, - deyə Leyla Abdullayeva vurğulayıb.

CANLI YAYIM