Arye Qut vəfat edib

Arye Qut vəfat edib

20 Sentyabr, 14:37 Sosial mediada paylaşın:

Siyasi analitik, İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri olan Arye Qut vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, uzun müddətdir xəstəlikdən əziyyət çəkən 27 yaşlı Arye Qut İsraildə vəfat edib. O, İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir. Arye Qut Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru olub.

CANLI YAYIM