Azərbaycanın bir neçə ölkədə fövqəladə və səlahiyyətli səfirləri təyin olunub.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən:
- Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.