Ermənistanda daha bir general saxlanıldı

Ermənistanda daha bir general saxlanıldı

19 Oktyabr, 14:43 Sosial mediada paylaşın:

44 günlük müharibədə acı məğlubiyyətə uğrayan Ermənistan ordusunda xaos, anarxiya, intizamsızlıq və korrupsiya halları kəskin hal alıb.

Bu ölkənin daha bir generalı şübhəli şəxs qismində saxlanılıb. Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini Never Martirosyan ölkənin milli təhlükəsizlik xidmətinə çağırılaraq 3 saata yaxın dindirildikdən sonra təcidxanaya salınıb. Erməni mətbuatının verdiyi məlumata əsasən, Martirosyan, sabiq müdafiə naziri hazırda İrəvan şəhər Hərbi Məhkəməsində dindirilən Davit Tonoyanın açıqlamasından sonra şübhəli təqsirkar qismində saxlanılıb. Martirosyan həmçinin 44 günlük müharibə dövründə xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərməkdə və külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

CANLI YAYIM