Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilsin”.