Türkiyədə Cümhuriyyət bayramıdır

Türkiyədə Cümhuriyyət bayramıdır

29 Oktyabr, 12:42 Sosial mediada paylaşın:

Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır.

Bu bayram 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibətilə qeyd edilir. Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk Prezidenti Mustafa Kamal Atatürk özü olub.

Səhər saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri, millət vəkilləri Ankarada Anıtqəbirdə Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. 

CANLI YAYIM