Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün şirkət yaradılıb.

Bu barədə “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda məlumat verilib. Tədbirdə radio-televiziya yayımında reklam və sponsorluğun xüsusiyyətləri, haqsız, qeyri-dəqiq və ya gizli reklam haqqında qanunvericiliyin tələbləri kimi mövzulara toxunulub.

“Reklam haqqında” qanuna dəyişikliklər təklif edilib.

Seminar çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb. Vurğulanıb ki, iki qurumun əməkdaşlığı radio-televiziya sahəsində reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcək.