“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bir qrup əməkdaşı mükafatlandırılıb.

Mükafatlandırma mərasimi Azərbaycan Radiosunun 96, Azərbaycan Televiziyasının 66 illiyi ilə əlaqədar keçirilib.

Qurumun bir qrup əməkdaşı teleradionun inkişafına verdiyi töhfələrə görə mükafata layiq görülüb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov işi ilə fərqlənən əməkdaşları diplom və hədiyyələrlə təltif edib.

Tədbir Azərbaycan Televiziyası və QSC-nin Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.