Gürcüstanla Rusiya arasında gərginlik

Gürcüstanla Rusiya arasında gərginlik

15 Noyabr, 12:57 Sosial mediada paylaşın:

Gürcüstan-Rusiya “Verin Lars” sərhəd-keçid məntəqəsində vəziyyət yenidən mürəkkəbləşib.

Ermənistandan gələn yüklə dolu avtomobillər 10 gündən çoxdur ki, Gürcüstan ərazisindən Rusiya istiqamətinə sərhədi keçə bilmir. Bu isə xarici bazarlara çıxarılan 100 tonlarla kənd təsərrüfatı məhsulunun yararsız hala düşməsi ilə nəticələnir. Erməni sürücülər iddia edirlər ki, son vaxtlar Gürcüstan hökuməti müxtəlif bəhanələrlərlə “Verin Lars” sərhəd-keçid məntəqəsində onlara qarşı qərəzli mövqe nümayiş etdirir, süni maneələr yaratmağa çalışır.

Problemlə bağlı son 9 ayda Gürcüstanın Ermənistandakı səfiri 3 dəfə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Etiraz notası ilə xəbərdarlıq olunmasına baxmayaraq məsələ hələ də öz həllini tapmayıb.

Qeyd edək ki, Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 80 faizindən çoxu məhz Gürcüstan vasitəsilə Rusiya bazarlarına çıxarılır. Əvəzində isə ölkəyə Rusiyadan buğda unu və taxıl məhsulları idxal edilir. Ağır məğlubiyyətə uğradığı 44 günlük müharibədən öncə isə Ermənistan taxıl ehtiyaclarının 35 faizini işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzurdan tədarük edirdi. 

CANLI YAYIM