Parlamentdə büdcə müzakirələri davam edir

Parlamentdə büdcə müzakirələri davam edir

17 Noyabr, 12:45 Sosial mediada paylaşın:

Milli Məclisdə 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi davam edir.

Bu gün plenar iclasda büdcə layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, büdcə zərfinə 2023-cü il üçün yaşayış minimumu, ehtiyac meyarının həddi, Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının büdcələri haqqında qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlıdır. Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.

CANLI YAYIM