“Xəzər” Universiteti Dünya Məktəbinin bir qrup şagirdi AzTV-yə ekskursiya edib.

4-cü sinif şagirdlərinə vizual media ilə bağlı dərs mövzusu praktiki şəkildə izah edilib.

Şagirdlər Azərbaycan Televiziyası, Mədəniyyət TV və İdman TV-nin xəbər xidmətləri və studiyaları ilə tanış olublar. Onlara informasiyanın, müxtəlif verilişlərin efirə hazırlanması, təqdimatı və TV-nin digər iş prinsipi əyani şəkildə göstərilib.