Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 477 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 101, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir. Vurulan peyvəndlərin ümumi sayı 13 936 110, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 044, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 841 nəfər təşkil edir.