Audiovizual media subyektləri istisna olmaqla media subyektlərinin 3 il müddətinə vergilərdən azad olunmasını özündə əks etdirən qanun layihəsi hazırlanıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında belə deyib.
Həmçinin qeyd edib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan da hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
O da vurğulanıb ki, ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur, onlardan 150-si qeydə alınıb. Jurnalistlərdən isə 180 nəfərin adı reyestrə salınıb. Hesabat konfransında mediada istinad hüququ məsələsinə də toxunulub.