AzTV “Hicran” tamaşasını HD formatında yayımlayacaq

AzTV “Hicran” tamaşasını HD formatında yayımlayacaq

1 Fevral, 12:13 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.

SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.

TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib.

Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.

Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq.

Tamaşanın SD və HD formatında kiçik parçalarını müqayisəli formada videoda izləyə bilərsiniz.

CANLI YAYIM