Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında rekord göstərici

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında rekord göstərici

1 Fevral, 16:52 Sosial mediada paylaşın:

2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında rekord göstərici qeydə alınıb.

Müstəqillik tariximizdə ilk dəfə olaraq bu sahədə ixracat 3 milyard dolları ötüb. Bu, illik əsasda 12%-lik artım deməkdir. 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları olub ki, onun 3,05 milyard dollarını qeyri-neft sektoru üzrə ixrac təşkil edib. "İxrac icmalı"nın yeni təqdim olunan yanvar sayına əsasən, ixracat həcminə görə ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan qərarlaşıb. İxracat coğrafiyasının daha genişləndirilməsi hədəflənir. Belə ki, bu ildən etibarən ixracatda beynəlxalq trendə uyğun olaraq həcm əsaslı hesablama tətbiq ediləcək.

CANLI YAYIM