Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

17 Fevral, 12:32 Sosial mediada paylaşın:

Azərbaycanın UEFA reytinqində 2022-2023-cü il mövsümü üçün xal ehtiyatı yenidən artıb.

Bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent” üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu qələbə avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,500 xal gətirib. Cari mövsüm üzrə xal sayını 4.000-a, son 5 mövsümdə isə 16.625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib.

Siyahıya isə 103,284 xalla İngiltərə başçılıq edir.

CANLI YAYIM