Sülhməramlıların 9 təminat avtomobilinin aksiya ərazisindən keçidi təmin olunub

Sülhməramlıların 9 təminat avtomobilinin aksiya ərazisindən keçidi təmin olunub

22 Fevral, 13:13 Sosial mediada paylaşın:

Rusiya sülhməramlılarına məxsus doqquz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

Sülhməramlıların Xankəndidən gələn 9 yanacaqdaşıyan avtomobili bu dəqiqələrdə Laçın istiqamətinə gedib.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək sülhməramlıların 46 avtomobili aksiya ərazisindən maneəsiz keçib.

CANLI YAYIM