Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

23 Fevral, 13:13 Sosial mediada paylaşın:

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə kömək məqsədilə fevralın 23-də Sumqayıt şəhərindən növbəti humanitar yardım yola salınıb.

Şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan modul tipli 6 ev və 91 min manatlıq humanitar yardım 3 TIR maşını ilə göndərilib.

İndiyədək Sumqayıtdan Türkiyəyə 21 modul ev, 1 sanitar qovşaq, 812 min manatlıq digər humanitar yardım göndərilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

CANLI YAYIM