Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib

Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib

28 Fevral, 15:00 Sosial mediada paylaşın:

Həm neft, yanacaq, həm də sənaye sahəsində böyük işlər görürük. Rusiyanın enerji operatorları fəal şəkildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə qoşulmağa hazırdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

“Biz ötən il Ceyhun Bayramovla iki dəfə görüşmüşük. Müzakirələrdə Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı bir çox məsələləri də müzakirə etmişik”, - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını Rusiyaya səfərə dəvət edib.

CANLI YAYIM