Ermənistan da daxil olmaqla minaları fərq qoymadan basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar paylaşımında qeyd edilib.
“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günüdür. Ermənistan da daxil olmaqla minaları fərq qoymadan basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz minaların yaratdığı böyük insan itkisinə son qoymalıyıq”, - deyə paylaşımda bildirilib.