Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərəzli qərarlarla bağlı bəyanatın layihəsini hazırlayıb.

Bəyanat parlamentin aprelin 4-də keçirilən plenar iclasında qəbul edilib.

Bəyanatın mətnini Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirib.

Milli Məclisin bəyanatı səsvermələrdən sonra qəbul edilib.

Qeyd edək ki, cari il martın 16-da Fransa Senatında növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı, beynəlxalq hüquqazidd və hörmətsizlik ifadə edən konfrans keçirilib.