Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin olunub.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.

O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.