Mayın 9-da faşizm üzərində Qələbə münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.