Mədəniyyət nazirinə yeni müavin təyin edilib

Mədəniyyət nazirinə yeni müavin təyin edilib

13 May, 15:56 Sosial mediada paylaşın:

Mədəniyyət nazirinə yeni müavin təyin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Fərid Cəfərov təyinat alıb.

Qeyd edək ki, F.Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Bu təyinata qədər Azərbaycan Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

CANLI YAYIM