Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub

Azərbaycan liderinə Olimpiya Evi Mükafatı təqdim olunub

3 İyun, 13:26 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub.

Mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib.

Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir.

Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

CANLI YAYIM