Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhəd-buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.
Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
Hərbi qulluqçu DSX-nin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib.